Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alman avtomobil istehsalçısı "Audi"nin mənfəəti kəskin azalıb.
Bakıvaxtı.az "Bild"ə istinadən xəbər verir ki, şirkət 2026-cı ilin üçüncü rübündə xalis mənfəətinin 87% azaldığını açıqlayıb.
Məlumata görə, mənfəət ötən ilin eyni dövründə 718 milyon avro olduğu halda, bu il 95 milyon avro təşkil edib.
Bu nəticələrin əsas səbəbləri Çində satışların azalması və ABŞ-də idxal tarifləri olub. Üçüncü rübdə "Audi" bir il əvvələ nisbətən təxminən 20% az avtomobil satıb.
Şirkət hələ ABŞ-də avtomobil istehsal etmədiyi üçün Vaşinqtonun tətbiq etdiyi tariflər ona təxminən 1,2 milyard avroya başa gəlib.
Gülşən Şərif