Auditorlar Palatasına yeni üzv SEÇİLDİ

22.04.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

Bu barədə "Unikal"a Palatadan bildirilib. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью