Auditorlar Palatasının sədri: Konstitusiya və suverenlik iqtisadi müstəqilliyin təməl sütu…
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 22 oktyabr, AZƏRTAC Dövlətin Əsas Qanunu olan Konstitusiya ilə suverenlik anlayışları a
Bu anlayışlar həm siyasi, həm də iqtisadi sahələrdə müstəqil qərarvermə imkanlarını təmin edən fundamental prinsiplərdir.
İqtisadi müstəqilliyin mahiyyəti dəyişməsə də, dövrün çağırışları ilə bu müstəqilliyin qarşısında dayanan məsələlər zamanla yenilənir.
Müstəqilliyimizin ilk illərində iqtisadi siyasətin əsas qayəsini neft strategiyası təşkil edirdi.
Həmin dövrdəki tarixi qərarlar Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu.
Bu gün isə iqtisadiyyatımızın inkişafı dövlət proqramları və çoxtərəfli xarici iqtisadi əlaqələrin gətirdiyi töhfələrlə daha geniş və dərin bir strategiyaya əsaslanır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Auditorlar Palatasının sədri Vahid Novruzov oktyabrın 22-də “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Auditorlar Palatasının sədri əlavə edib ki, müasir qloballaşma şəraitində Azərbaycan universal dəyərlərlə milli maraqlar arasında balansı qorumağı bacaran azsaylı ölkələrdən biridir: “Prezident İlham Əliyev qloballaşmanın gətirdiyi çağırışlara qarşı özünəməxsus yanaşma ortaya qoyaraq, həm iqtisadi, həm də siyasi sferada Azərbaycanın suverenliyinə zidd olmayan, əksinə, onu gücləndirən qərarlar verib.
Biz hər zaman dövlətimizin milli maraqlarına uyğun siyasətin tərəfdarı olmuşuq”.V.Novruzov vurğulayıb ki, maliyyə sabitliyinin və şəffaflığın təmin olunması iqtisadi müstəqilliyin əsas dayaqlarındandır.
Tam oxu
Xəbəri oxu