Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tehrana bildiririk ki, dostluq başqa ölkənin qərarlarına müdaxilə etmək hüququ vermir.
Axar.az xəbər verir ki, bu sözləri Livan Prezidenti Cozef Aun deyib.
Prezident vurğulayıb ki, ölkəsi İran xalqına hörmət edir və qarşılıqlı hörmətə əsaslanan dostluq əlaqələrində maraqlıdır.
İranın dəstəklədiyi “Hizbullah” təşkilatının silahlarını Livan ordusuna təhvil verməli olduğunu deyən Aun Livanın suverenliyinə İsrail və İranın müdaxilə etdiyini qeyd edib.