“Australian Open 2025”: Favorit finalda məğlub oldu

25.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Australian Open-2025"də qadınların yarışına yekun vurulub. Sport24.az xəbər verir ki, finalda belaruslu Arina Sobolenko ilə ABŞ təmsilçisi Medison Kiz üz-üzə gəlib.

Dünyanın birinci raketkası matçın favoriti sayılsa da, qələbəni Kiz qazanıb. Reytinqin 14-cüsü üç setdə qalib gəlib – 6:3, 2:6, 7:5. Bu, 29 yaşı tennisçinin "Böyük dəbilqə"lərdə ilk titulu olub.

Qeyd edək ki, son iki ildə "Australian Open"də Sobolenko çempion olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью