Autizmli uşağı parodiya etdi Buna görə utanmalısan

08.07.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub.

Bakıvaxtı.az xəbər verir ki, aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb.

Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq "Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır" sözlərini yazıb. // axsam.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью