AutoStar Kaukasus yeni S Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi

12.08.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AutoStar Kaukasus Yeni Mercedes-Benz S-Class modelinin Azərbaycanda ilk rəsmi təqdimatını keçirib.

Tədbir Mercedes-Benz-in 140 illik irsi və AutoStar Kaukasus-un Azərbaycanda 30 illik fəaliyyəti fonunda baş tutub. Gecə ərzində S-Class-ın müxtəlif nəsilləri təqdim olunaraq modelin illər ərzində prestij, komfort, təhlükəsizlik və mühəndislik sahəsində formalaşdırdığı standartlara nəzər salınıb.

Yeni S-Class SR Auto-nun Baş İcraçı Direktoru Toğrul Paşayevin təqdimatında qonaqlara nümayiş etdirilib.

Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke də çıxış etdi. Gecənin proqramı Bakı Dövlət Kamera Orkestrinin ifası və xüsusi musiqi proqramı ilə tamamlandı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью