Autsayderlər möcüzə axtarışında

29.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VIII tura start veriləcək.

İdman.biz xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutacaq. Çempionatın autsayderləri sensasiya arzusu ilə meydana çıxacaq. “Gənclər” çempionatın lideri “Murov Az Terminal”, MOİK isə “Neftçi” qarşısında “imtahan” verəcək.

Yüksək Liqa (kişilər)
29 yanvar
VIII tur

16:00. MOİK - “Neftçi”
GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Gənclər”
GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

7

7

0

21-0

525-373

21

2

Xilasedici

7

6

1

18-4

526-400

18

3

Azərreyl

7

4

3

15-9

562-455

13

4

Neftçi

7

3

3

9-15

498-540

8

5

MOİK

7

1

6

3-20

482-548

2

6

Gənclər

7

0

7

3-21

398-576

1

Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” - “Xilasedici” oyunu ilə yekun vurulacaq. GİN-in Voleybol Mərkəzində baş tutacaq matç saat 16:00-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью