Autsayderlər Sumqayıtda üz üzə gəlir

21.11.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 12-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, ev oyunlarını "SOCAR Polymer Arena"da keçirən "Şəfa" "Qəbələ" ilə qarşılaşır.

Hər iki komanda birinci dövrədə uğursuz çıxışla yadda qaldı. İstər paytaxt təmsilçisi, istərsə də bölgənin eyniadlı təmsilçisi təhlükəli zonda yer alıb.

Qonaqlar 8 xalla turnir cədvəlində 10-cu, 11 oyundan 5 xal toplayan nominal meydan sahibləri isə 11-ci pillədə qərarlaşıb. Bu üzdən turnir cədvəlində qonşu olan komandaların görüşü prinsipial xarakter daşıyır.

Qeyd edək ki, tərəflər arasında I dövrənin 2-ci turu çərçivəsində Qəbələdə baş tutan görüş "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu həm də bakılıların cari mövsümdə qazandığı yeganə qalibiyyətdir.

Misli Premyer Liqası

II dövrə, XII tur

17:00. "Şəfa" - "Qəbələ"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov 
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sumqayıt. "SOCAR Polymer Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью