Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq Fotolar

20.07.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

23-26 iyulda Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası qitə çempionatında dörd idmançı ilə iştirak edəcək.

Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe növündə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəmizi təmsil edəcəklər.

Qitənin ən güclü gənc avarçəkənlərinin iştirak edəcəyi yarış idmançıların beynəlxalq arenada təcrübə toplaması və rəqabət qabiliyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью