Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq

14.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

15–20 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda 6 idmançı ilə təmsil olunacaq.

Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoe növündə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyətində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.

Qeyd edək ki, “Olimpiya ümidləri” turniri gənc kayak və kanoeçilərin beynəlxalq səviyyədə təcrübə qazanması və rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mingəçevirdə ölkə çempionatı keçiriləcək Kanoeçimiz Polşada keçiriləcək Dünya çempionatında iştirak edəcək İki avarçəkənimiz dünya çempionatında mübarizə aparacaq Avarçəkənlərimiz Avropa ikincisi olublar Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью