Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq

09.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Plovdivdə baş tutacaq yarışda ölkəmizi Azərbaycan Su İdman Növləri Federasiyasının iki idmançısı təmsil edəcək.

Ziya Məmmədzadə və Nurlan Paşayev Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar. Hər iki avarçəkən turnirdə yüngül çəkidə yarışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью