Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

30.08.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) ilə birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью