Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.
Kayak və kanoeçilərimiz dünya çempionatında çıxış edəcəklər Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib İdmançımız Avropa çempionatında bürünc medal qazanıb Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb