AVF növbəti dəfə məşqçi kursu təşkil edəcək

12.12.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.

Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Kursa Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər qatılacaqlar. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.

Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda “1-ci dərəcə” məşqçi kursu keçirilib.

AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar. Kursda iştirak üçün son qeydiyyat tarixi dekabrın 16-sıdır.

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb “Milli Aviasiya Akademiya”sından qələbə “Azərreyl” və “Abşeron”dan qələbə Yüksək Liqada II tura start veriləcək “Xilasedici”dən inamlı qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью