Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, görüşdə AVF prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.
Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib.