AVF rəsmisi Avropa çempionatının final mərhələsində FOTO

16.07.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV rəsmisi olaraq iştirak edib.

İdman.biz xəbər verir ki, Cəfərov Albaniyada təşkil olunan 16 yaşadək (U-16) qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.

Cəfərov mükafatlandırma mərasimində iştirak edərək ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.

Qeyd edək ki, yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью