AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb | Icma.az
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsində “Olympiacos Piraeus” - “Asterix Avo Beveren” oyununda iştirak edəcək.
Nərgiz İsmayılova bu gün Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Dejan Rogiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.
Yüksək Liqada iki oyun təxirə salınıb “Xilasedici”dən növbəti transfer “Murov Az Terminal”dan əzmkar qələbə Yüksək Liqa: “Neftçi”dən inamlı qələbə “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu