Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Azərbaycan Voleybol Federasiyasının (AVF) komunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.
Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında yarışın 1/16 finalında “Rapid" (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
“Murov Az Terminal”dan yeni transfer Pazdnekov Aleksandr: "Bəzən oyunumuz istədiyimiz kimi alınmır" “Azərreyl” və “Murov Az Terminal” yarımfinala yüksəldi “Azərreyl” və “Xilasedici”dən qələbə “Gəncə” və “Abşeron”dan qələbə