AVF rəsmisi CEV dən təyinat alıb

21.10.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, Frişman 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin oyunlarında supervayzer kimi fəaliyyət göstərəcək. O, hakimlərin işini qiymətləndirəcək.

EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq.

Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.

Həsən Zeynalov: “Bu, bir günlük layihə deyil” Ziya Rəcəbov: “Heyətimiz Çempionlar Liqasında mübarizə üçün qurulub” Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb Azərbaycan klubundan yeni transfer Voleybol millimiz Türkiyə toplanışını başa vurub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью