AVF rəsmisi Niderland klubunun oyununda

27.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.

Futbolpress.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Slidrext” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью