AVF rəsmisinə beynəlxalq təyinat

21.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, AVF-nin mətbuat xidmətinə istinadən xəbər veir ki, mütəxəssis qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində baş tutacaq “İstanbul” (Türkiyə) – “Novara” (İtaliya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Bu gün İstanbulda keçiriləcək cavab oyununun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloriya Suto Ximenes olacaq.

Komandalar arasında ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью