AVF rəsmisinə növbəti dəfə təyinat verilib

13.11.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.

Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb “Abşeron” kubokun sahibi olub "Xilasedici" ölkə kubokunun qalibi olub “Azərreyl” və “Xilasedici”dən qələbə “Azərreyl” finala yüksələ bilmədi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью