AVFnin növbəti kursu keçirilib

27.12.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Apasport.az xəbər verir ki, AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan 15 məşqçi-müəllim iştirak edib.

Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.

AVF rəsmiləri Lüksemburqa yollanıblar Yüksək Liqa: III tura yekun vurulur Ebrar Karakurtun yeni komandası bəlli oldu Azərbaycan çempionatında III turun proqramı açıqlanıb “Azərreyl”, “Gəncə” və “Abşeron”dan qələbə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью