Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi 300 min manat necə ələ keçirilib? | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı ilə vətəndaşları aldatmaqda təqsirləndirilən Mələk Zeynalova barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, Mələk Zeynalova Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.
Hakim Aytən Əliyevanın sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı Mələk Zeynalovanın təqsiri sübuta yetirlib.
O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mələk Zeynalova vətəndaşların şikayəti əsasında ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova "WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib.
Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb, zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Tam oxu
Xəbəri oxu