Aviabiletlər daha əlçatan olacaq SƏRƏNCAM

20.08.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.

Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Qeyd olunur ki, Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması görüləcək tədbirlər arasındadır.

Bundan başqa, aviabilet qiymətlərinə əlçatanlığın artırılması, regionda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb olunmasının təşviq edilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью