Aviaqəza yaralıları müalicə edilir

25.01.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən təyyarənin ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin – 1 kişi və 3 qadının xəstəxana müalicəsi davam etdirilir. 

Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB son məlumatında bildirilir ki,  reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti hələ də ağır sabitdir. Stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.

Məlumatda xatırladılır ki, Aktaudan Yeni Klinikaya gətirilmiş 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin reanimasiya şöbəsinə, 13 nəfər isə stasionar şöbəyə qəbul edilmişdi. Onların hər birini ixtisaslı həkim-mütəxəssislər müayinə və müalicə ediblər. Xəsarət alanlardan 3 nəfər cərrahi əməliyyat edilib. Yaralıların 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələrinə yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri nəzarət edirlər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью