Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır

27.09.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yaxın Şərqdəki gərginlik qlobal aviasiya sektorunda ciddi gəlir itkiləri ilə nəticələnir. Yanacağın bahalaşması daşıyıcıların gəlirlərinin azalmasına səbəb olur. 

Avtosfer.az xəbər verir ki, kiçik aviadaşıyıcılar zərərlə işləyir. Yanacaq qiymətləri yüksək səviyyədə qalarsa, yaxın dövrdə sektorda müflisolmaların artımı gözləniləndir.

Neftin qiyməti artmağa davam edərsə 2027-ci ilin yayında aviabiletlərin 10-20 faiz bahalaşması qaçınılmaz olacaq. Bu iddia ilə “Ryan Air” aviaşirkətinin baş direktoru Maykl O’Liri çıxış edib. Baş direktor bildirib ki, şirkət əlavə yığımlar həyata keçirməyəcək. Bununla belə, rəqiblər yanacaq xərclərini sərnişinlərin üzərinə qoya bilər.  

“Çox ümid edirəm ki, gələn il kerosin daha sürətlə bahalaşacaq. Bu da digər aviaşirkətlərin müflisləşməsinə səbəb olacaq. Müflisləşmə zərərlə işləyən avropalı aviadaşıyıcıların 4 böyük oyunçu  - “British Airways”, “Lufthansa”, “Air France” və “Ryanair” ətrafında birləşməsini sürətləndirəcək” - O’Liri bildirib. 

Yanacaq qiymətlərinin bahalaşması digər şirkətlərə də təsirsiz ötüşmür. “Lufthansa”nın xalis mənfəəti 2-ci rübdə 88 faiz azalaraq 123 milyon avroya enib. Hesabat dövründə əməliyyat gəlirləri 56 faiz geriləyərək 383 milyon avro təşkil edib. Gəlirlərin azalmasına səbəb kimi pilotların tətili və Hörmüz boğazındakı gərginlik göstərilir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью