Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Yaxın Şərqdə artan geosiyasi gərginlik və münaqişələr reaktiv yanacağın qiymətinin yüksəlməsinə səbəb olur. Bu da aviaşirkətləri ciddi xərclərlə üz-üzə qoyur. Avropalı mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdəki qarşıdurma əsas enerjidaşıma marşrutlarını pozub və yanacağın kəskin bahalaşması ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2026-cı ildə qlobal aviaşirkətlərin ümumi xalis mənfəətinin 23 milyard dollar olacağını proqnozlaşdırıb. Halbuki, ilin əvvəlinə proqnoz 41 milyard idi. 370 şirkəti birləşdirən assosiasiya bildirir ki, maliyyə gərginliyi daşıyıcıları əməliyyat strategiyalarını dəyişməyə məcbur edib.
Yeni kommersiya təyyarələrinin çatışmazlığı böhranı daha da dərinləşdirir.
Sərnişin axınını qorumaq üçün bir çox aviaşirkət köhnə, az səmərəli təyyarələrin istismar müddətini uzadır. Köhnə donanmanın istismarı gündəlik xərcləri daha da artırır.
Vüqar