Avion Travel in rəhbəri məhkəmə qarşısında Yarım milyonluq dələduzluq işi | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. "Avion Travel” şirkətinin rəhbəri Lalə Rəcəbovanın cinayət işi üzrə ibtidai istintaq
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Yanvarın 23-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək.
Lalə Rəcəbova Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə mühakimə olunacaq.
Lalə Rəcəbovadan şikayətçi olanlar mediaya bildiriblər ki, "Avion Travel" şirkətinə Avropada iş üçün müraciət ediblər.
"2023-cü ilin mayın 4-də "Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim.
Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim.
Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, deyə Vələd Bayramov bildirib.
Tam oxu
Xəbəri oxu