AVP nin yeni sədri seçildi Ağamalının oğlundan qalmaqallı İDDİA

24.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün “Ana Vətən” Partiyasının IX qurultayı keçirilib.

Globalinfo.az bildirir ki, partiyadan APA-ya verilən xəbərə görə, AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən – 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra gündəlikdə duran məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edilib.

Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.

Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.

Nizamnamədə bir sıra dəyişikliklər edilib.

***11:14

Bu gün Ana Vətən Partiyasının növbəti qurultay keçirilir.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya AVP sədri Fəzail Ağamalı xəbər verib.

Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.

Bu gün keçirilən qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir.

Fəzail Ağamalı bu gün keçirilən qurultayın gündəliyindəki məsələlər və qəbul edilən qərarlarla bağlı yekun rəsmi məlumatın açıqlanacağını bildirib.

Elçin Ağamalı isə bildirib ki, bu qurultay partiyanın akt zalında gizli şəkildə keçirilir, Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri-legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью