Avqust bu 4 bürcü sınağa çəkəcək SABAHDAN BAŞLAYIR

01.08.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Artıq 1 avqustdur. Yeni ayın ilk gününün başlamasına sayılı saatlar qalmış astroloqlar avqustun bəzi bürclər üçün daha gərgin keçəcəyini bildiriblər.

“Yeni Sabah” xəbər verir ki, astroloqların fikrincə, avqust ayında xüsusilə 4 bürc iş, maliyyə, ailə və şəxsi münasibətlərdə müxtəlif sınaqlarla üzləşə bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu çətinliklər qalıcı olmayacaq. Əksinə, düzgün qərarlar verənlər və tələsməyənlər ayın sonuna doğru yeni imkanlar əldə edə bilərlər. pizza hut

Qız bürcü

Avqust ayında ən çox məsuliyyət hiss edəcək bürclərdən biri Qız bürcü olacaq. İş həyatında artan temp və yeni tapşırıqlar gərginlik yarada bilər. Ailə daxilində veriləcək qərarlar da onların səbirini sınağa çəkəcək. Astroloqlar Qız bürcünə xırda detallara deyil, ümumi mənzərəyə diqqət yetirməyi tövsiyə edirlər.

Əqrəb bürcü

Əqrəblər üçün ay emosional baxımdan enişli-yoxuşlu keçə bilər. Keçmişdə qalan bəzi məsələlər yenidən gündəmə gələ bilər. Münasibətlərdə açıq ünsiyyət qurmaq və tələsik qərar verməmək tövsiyə olunur. Maliyyə məsələlərində isə plansız xərclərdən uzaq durmaq məsləhətdir.

Dolça bürcü

Dolçalar əsasən ikitərəfli münasibətlər və əməkdaşlıqlarla bağlı sınaqlarla üzləşə bilərlər. Həm şəxsi həyatda, həm də iş münasibətlərində etibar mövzusu ön plana çıxacaq. Yaranacaq qeyri-müəyyənliklərə baxmayaraq, sakit davranmaq və hadisələrin inkişafını gözləmək daha doğru seçim hesab edilir.

Balıq bürcü

Balıqlar üçün avqust həm fiziki, həm də zehni yorğunluğun hiss oluna biləcəyi ay olacaq. Gündəlik işlərin artması istirahətə kifayət qədər vaxt ayırmağa mane ola bilər. Astroloqlar sağlamlığa diqqət yetirməyi, stressdən uzaq durmağı və prioritetləri düzgün müəyyənləşdirməyi tövsiyə edirlər.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью