Avqustda 10 gün iş olmayacaq

20.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.

Milli.Az xəbər verir ki, belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulur. Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir.

Beləliklə, avqust ayında əlavə rəsmi tətil və ya bayram günü olmayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью