Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 871 min 854 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 466 min 210 nəfərini aylıq sosial müavinət, 405 min 644 nəfərini isə təqaüd alanlar təşkil edib.