Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2%, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7% artıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, saftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətləri bahalaşıb, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Könül