Avqustda Bakı metrosu ilə sərnişindaşıma azalıb

04.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC ilə 13 milyondan çox sərnişin səfər edib.

Redaktor.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.

Bildirilib ki, bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb. Məlumata görə, ötən ayın lideri 1 400 424 sərnişinlə "Koroğlu" stansiyası olub. 3 avqust 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.

Eyni zamanda, "Əlçatan metro" xidməti çərçivəsində 79 sifariş icra olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью