Avqustda BTC ilə neft ixracı 7 % artıb

13.10.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 551 min barel təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, iyul ayı ilə müqayisədə iyul ayında BTC ilə neft nəqli 7 % və ya gündəlik 34 min barel çoxdur.

2024-cü ilin avqust ayı ilə müqayisədə bu ilin eyni dövründə boru kəməri ilə neft nəqli 3 % və ya 18 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью