Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi

20.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunan Vüsal İbrahimov ötən gün dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Vüsal İbrahimov mədəniyyət sahəsindəki səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq qabiliyyəti və peşəkarlığı ilə tanınan rəhbər şəxslərdən biri idi.

O, bu təyinatadək Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsində çalıb, daha sonra 2024-2026-cı illər ərzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi kimi çalışıb.

Avqust ayında isə mədəniyyət nazirinin əmri ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəhbər təyin olunmuşdu.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью