Avqustda robot istehsalına başlayırıq Vuçiç

27.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxış edərək ölkənin enerji müstəqilliyini və hərbi neytrallığını təmin etməsinin vacibliyini bəyan edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı ölkəsinin sürətlə inkişaf etməli olduğunu vurğulayaraq yaxın aylarda mühüm addımların atılacağını bildirib:

“Mümkün qədər tez inkişaf etməliyik. Avqust ayından etibarən Serbiyada robot istehsalına başlayacağıq. Məlumat mərkəzləri açmalı, enerji şəbəkəsinin, qaz, su, eləcə də kiçik və böyük nüvə elektrik stansiyalarının təhlükəsizliyini təmin etməliyik, çünki elektrik enerjisi ən vacib resursa çevriləcək”.

Vuçiç Serbiyanın xarici güclərdən asılı olmamasının önəmini qeyd edərək, hərbi statusu barədə qətiyyətli mövqeyini ifadə edib: “Sadəcə bir günün keçməsini gözləyə bilmərik; nəyin bahasına olursa olsun, hərbi neytrallığımızı qorumalıyıq. Biz hansısa xarici ordunu deyil, öz hava məkanımızı qorumaq istəyirik. Bu, əvəzsizdir, çünki bu, azadlıqdır”.

Qeyd edək ki, Serbiyanın həm texnoloji sıçrayış, həm də müstəqil hərbi kurs götürməsi regiondakı geosiyasi balans baxımından diqqətlə izlənilir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью