Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) Yer kürəsində cazibə qüvvəsinin itirilməsi ilə bağlı şayiələrə cavab verib.
BAKU.WS xəbər verir ki, New York Post qəzetinin məlumatına görə,
Sosial mediada yayılan nəzəriyyəyə görə, 12 avqust 2026-cı ildə Yer kürəsinin cazibə qüvvəsini yeddi saniyə itirəcək və nəticədə on milyonlarla insan itkisi olacaq. Nəzəriyyənin müəllifləri ölümcül fəlakətə hazırlaşan 89 milyon dollarlıq layihə haqqında gizlilikdən çıxarılmış sənədə istinad edirlər.
Agentliyin sözçüsü rəsmi açıqlamada bildirib ki, "Yer 12 avqust 2026-cı ildə cazibə qüvvəsini itirməyəcək".
O, həmçinin qeyd edib ki, Yer kürəsinin cazibə qüvvəsi onun kütləsindən asılıdır. Onun sözlərinə görə, cazibə qüvvəsini "itirmək" üçün xeyli miqdarda kütlə itirmək lazımdır və bu, yaxın gələcəkdə baş verməyəcək.