Avqustun 5 6 da Bakıda hava necə olacaq? QURUM RƏSMİSİ DANIŞDI

04.08.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avqustun 5-i və 6-sı Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 25-40 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə isə 41 dərəcəyə qədər isti olacaq. Dağlıq ərazilərdə isə temperaturun 29-34 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Müəllif: Günel Fərzəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью