Аvrasiya Patent İdarəsi ilə ekspert əməkdaşlığı

11.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Avrasiya Patent Təşkilatı arasında patent axtarışı və ixtiralar üzrə patentlərin verilməsi üçün iddia sənədlərinin ekspertizası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov və Аvrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev imzalayıblar.

Sənəddə Agentliyin sorğusu əsasında APİ tərəfindən patent axtarışlarının aparılması imkanları nəzərdə tutulur. Memorandum Avrasiya regionunda vahid ekspert məkanının inkişafı və patent ekspertizasının keyfiyyətinin artırılması sahəsində əməkdaşlığı daha da yüksəldəcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью