Avrasiya tuneli bağlandı

21.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda Avropa səmti ilə Anadolu yarımadasını birləşdirən Avrasiya tunelindən keçid müvəqqəti olaraq dayandırılıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb tuneldən keçən avtomobillərdən birində yanğının baş verməsidir.

Əraziyə yanğınsöndürənlər və xeyli sayda polis cəlb edilib.

Əlavə məlumat verilmir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью