Avrasiyanın ən aktiv vulkanı oyanır FOTO

31.07.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.

Sfera.az xəbər verir ki, bu,  cari ilin ən intensiv vulkanik hadisələrindən biri kimi tarixə düşüb.

Qeyd edək ki, Kamçatka yarımadasında yerləşən bu vulkan partlayıcı geoloji fəaliyyəti ilə tanınan bölgə olan Sakit Okeanın Atəş Halqasında yerləşir.

Məlumata görə, rəsmilər mümkün afterşoklara və aviasiya təhlükələrinə qarşı vəziyyəti izləyir.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью