Avrasiyanın ən hündür vulkanı yenidən aktivləşdi

17.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu gecə, səhərə yaxın Kamçatkada Kluçevskaya-Sopka vulkanı yenidən aktivləşib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kraterdən ətrafa lava axıb, kül dumanı dəniz səviyyəsindən 7 km yüksəkliyə qalxıb.

Kül dumanı küləyin təsiri ilə şimal-şərq istiqamətində hərəkətdədir.

Qeyd edək ki, Klyuçevskaya-Sopka Avrasiyanın ən hündür aktiv vulkanıdır. Petropavlovsk-Kamçatskdan 360 km məsafədə yerləşən vulkanın krateri dəniz səviyyəsindən 4850 metr yüksəklikdədir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью