Avriliqada 14cü tura yekun vuruldu

07.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Basketbol üzrə Avroliqa turnirində 14-cü tur başa çatıb.

Fanat.Az xəbGecənin əsas oyunu Yunanıstanda keçirilib.

“Olimpiakos” doğma arenada “Paris” komandasını qəbul edib. Liqanın debütantı olan fransızlar bu dəfə güclü təsir bağışlayıblar. Gərgin keçən oyunda “Paris” qələbə qazanıb – 91:90. Bununla da onlar vahid liderliklərini davam etdiriblər.

Baş məşqçinin qovulmasından sonra da “Virtus” uğursuzluq seriyasına son qoya bilməyib. Bolonya komandası evdə “Srvena Zvezda”ya 87:94 hesabı ilə məğlub olub.

Digər İtaliya təmsilçisi “Olimpiya” Milanda ASVEL-ə 92:84 hesabı ilə qalib gəlibsə, “Monako” evdə “Alba”nı darmadağın edib – 100:80.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью