AVRO 2026: Belçika yığması zirvəyə yüksəldi

27.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının ev sahibliyi etdiyi voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir qarşılaşma baş tutub.

Futbolpress.az xəbər verir ki, günün açılış oyununda Belçika və Niderland seçmə komandaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan gərgin görüş Belçika voleybolçularının üstünlüyü ilə yekunlaşıb – 3:2.

Bu zəfər sayəsində C qrupunun birincisi olan Belçika xallarını 13-ə çatdırıb. Niderland yığması isə 9 xalla 2-ci pillədə yer alıb.

Günün ikinci duelində saat 18:30-da Portuqaliya və Rumıniya komandaları münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, C qrupunun oyunlarına avqustun 28-dək Bakıda yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью