futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupundakı ilk uğursuzluğu ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi seçmə komandamız IV tur çərçivəsində Belçika yığması ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb – 0:3 (19:25, 22:25, 23:25).
Aktivində 8 xal olan millimiz C qrupunda 3-cü pillədə qərarlaşıb. Qrupa 11 xalla Belçika liderlik edir. Eyni xala (8 xal) malik Niderland 2-ci sıradadır. Digər pillələrdə isə Portuqaliya (3 xal), Rumıniya (2 xal) və İspaniya (1 xal) yer alıb.
Qeyd edək ki, C qrupunun matçları avqustun 28-dək Bakıda təşkil olunacaq.