AVRO 2026: Millimiz 1/8 də Türkiyə sınağında YENİLƏNİR

01.09.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq.

İstanbuldakı “Sinan Erdem” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, Türkiyə millisi A qrupunu 13 xalla ikinci pillədə başa vurub. Daniele Santarellinin komandası Latviya (3:0), Sloveniya (3:1), Macarıstan (3:0) və Almaniyaya (3:1) qalib gəlib, yalnız Polşaya 2:3 hesabı ilə uduzub.

Ayşən xanım, problem xalqda deyil – Başını aşağı sal, topunu oyna Millimiz məğlub oldu Avropa çempionatı: Belçika Rumıniyanı darmadağın etdi Marqarita Stepanenko: “Bütün Azərbaycan bizə inanır” “Gəncə”də iki yeni müqavilə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью