AVRO 2026: Niderland İspaniyanı darmadağın etdi

25.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtımızda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda növbəti matç baş tutub.

Futbolpress.az xəbər verir ki, günün ikinci qarşılaşmasında Niderland seçməsi İspaniya kollektivi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan duel Niderland voleybolçularının 3:0 (25:13, 25:11, 25:16) hesablı darmadağını ilə başa çatıb. “Narıncılar” bundan əvvəlki tur matçlarında Portuqaliya (3:0) və Rumıniya (3:2) seçmələrini də məğlubiyyətə uğratmışdı.

Günün açılış qarşılaşmasında isə Belçika yığması Rumıniyanı 3:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, C qrupunun qarşılaşmalarına avqustun 28-dək Milli Gimnastika Arenasında yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью